20 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” rəsmiləri arasında söz atışması: “Neftçi” məğlub olanda gizlənmirik”

“Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov Qəbələdə keçirilən “Qəbələ” – “Neftçi” oyunundan sonra (1:3) jurnalistlərin suallarını cavablandırmışdı. Amma vitse-prezident təkcə bir suala cavab verməkdən boyun qaçırmışdı:

– Zaqatalada “Simurq”la oyundan sonra Elnur Əşrəfoğlu ilə Xaqani Məmmədov arasında yaşanan mübahisədə siz ona qarşı çıxmışdız və bundan sonra Əşrəfoğlu arxa plana keçdi. Bu qərarı siz vermisiz?

– Mən sizin bütün suallara cavab verdim və ixtiyarım var ki, bu suala cavab verməyim (gülür).

Məmmədovun cavab vermək istəmədiyi sualı “Neftçi”nin prezident müşaviri Elnur Əşrəfoğluna ünvanladıq. Klub rəsmisi idmanxeber.com-a bunları dedi:

“Mən “Neftçi” klubunda prezidentin müşaviri vəzifəsini icra edirəm. Yəni mənə hansısa qadağanı klub prezidenti verə bilər. Kimsə danışmamaqla, susmaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmasın. Bu gün Elnur Əşrəfoğlu da “Neftçi” ailəsinin bir üzvüdü. Və ailədən biriylə bağlı hansısa sual və ya məsələ ortaya çıxarsa, çalışmaq lazımdı ki, onu yaxşılığa doğru həll edəsən. Şəxsən mənə belə öyrədiblər.

Mən müstəqil Azərbaycanın ilk futbol çempionatı keçiriləndən bu işin içindəyəm. Heç vaxt da arxa planda olmamışam. Rövnəq Abdullayevə və doğma klubuma sədaqətlə qulluq edirəm. Həmişə də belə olacaq! Biz “Neftçi” məğlub olanda gizlənmirik, sözümüzü deyirik və komandanı hər zaman müdafiə edirik. Qələbələrin şəriki çox olur (gülür)”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43