Ölkə futbolu

“Neftçi” rəsmilərinə ağır cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Iclasda Topaz Premyer Liqasının XVIII turunun oyunlarındakı pozuntularla bağlı qəralar verilib.

İclasda AZAL – “Neftçi” matçında və oyundan sonrakı olayla daha çox müzakirə mövzusu olub. Qərara əsasən, AZAL-ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Matçın 80-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.

Oyunun 83-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu iki oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.

Oyunun 83-cü dəqiqəsində “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43