Ölkə futbolu

“Neftçi” rəsmisi: “Azarkeşlərlə iş üzrə koordinator vəzifəsinə ehtiyacımız yoxdur”

Xəbər verdiyimiz kimi, "Neftçi"nin azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyev fanatların "Sumqayıt"la oyunda "istefa" şüarları səsləndirdiyi üçün rəhbərlik tərəfindən komandadan qovulub.

Bununla bağlı "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovla əlaqə saxlayıb, əlavə informasiya əldə etməyə çalışdıq. Rəsulov idmanxeber.com-a açıqlamasında K.Hənəfiyevin "istefa" şüarlarına görə komandadan qovulmasını təkzib etdi:

"Bildiyiniz kimi, bizim rəsmi fanklubumuz yoxdur. Bir neçə fanklubumuz var, amma onların heç biri rəsmi deyil, azad şəkildə fəaliyyət göstərən fanklublardı. Kənan Hənəfiyev bizimlə işlədiyi müddətdə vəzifəsini çox gözəl şəkildə icra etdi. Sadəcə, düşündük ki, azarkeşlərlə iş üzrə koordinator vəzifəsinə ehtiyacımız yoxdur. Bu səbəbdən onunla danışdıq, razılaşdıq və yollar ayrıldı. Bu, konkret olaraq bir oyunla əlaqəli məsələ deyil".
İlkin İsmayılzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” azarkeşləri “Fırtınalar meydanı”nda – FOTO

admin

Tura sözardı: Hacıyevə “təbrik”, Zaqataladakı “oyun”, türk çalışdırıcların müəmmalı fikirləri – TƏHLİL

admin

“Bakı” azarkeşləri həbs olunan “Xəzər Lənkəran”lı fanata dəstək oldu

admin