Ölkə futbolu

“Neftçi” “Rəvan”a öz meydanında uduzdu

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzəedici heyətləri arasında keçirilən yarışda 20-ci tura start verilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Neftçi" öz meydanında "Rəvan"a 1:3 hesabı ilə uduzub.

4 fevral

"Neftçi" – "Rəvan"

Qollar: Xanlar Teymurov, 39 (0:1), Elmin Ağayev, 77 (0:2), Elnur Abdulov, 90+4 (0:3), Oruc İsmayılov, 90+4 (1:3)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43