Ölkə futbolu

“Neftçi” revanş matçına iki problemlə hazırlaşır

“Neftçi” “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, paytaxt klubunda hər hansı cəzalı futbolçu yoxdu. “Rəvan”la kubok oyununda zədələnən Bruno Bertuççi və mövsümü qapayan Bahodir Nasimov xaric komanda “gənclik şəhəri”nin təmsilçisi ilə oyuna tam gücü ilə hazırlaşır. 

“Sumqayıt”la oyunu buraxacaq Bertuççinin növbəti turda meydana çıxma ehtimalı yüksəkdi. 

Qeyd edək ki, “Neftçi” “Sumqayıt”a səfərdə məğlub olaraq (0:2), çempionluq yarışında “Qarabağ”dan xeyli aralı qalmışdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43