Ölkə futbolu

“Neftçi” və “Zirə” qalib gəldi – YENİLƏNİB

Bu gün Topaz Premyer Liqada 12-ci tura yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, lider “Neftçi” səfərdə “Səbail”in qonağı olub. Ən yaxın izləyicisi “Qarabağ”ın ötən gün “Sabah”la oyunda xal itirməsini yaxşı dəyərləndirən “ağ-qaralar” görüşdən 2:0 hesabı ilə qalib ayrılıb.

Günün digər oyununda isə autsayder “Zirə” “Sumqayıt”ı qəbul edəcək.

25 noyabr (bazar)

17:00. “Səbail” – “Neftçi”  0:2

QOL: Baqali Dabo, 41. Emin Mahmudov, 53 (p)
Hakimlər: Rauf Cabarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov

Qırmızı: Kitanovski Tome, 90 (“Səbail”)
Bayıl Arena

19:00. “Zirə” – “Sumqayıt” 3:1

Qol: Aleksandr Dedov, 36,  (1:0), Əfran İsmayılov, 45+3 (1:1), Aleksandr Dedov, 75 (2:1), Bilal Həmdi, 90+6 (3:1)
Hakimlər
: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov
Dalğa Arena


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43