Müsahibə Ölkə futbolu

“Neftçi” sevgi, emosiya, ehtiras deməkdir” – Soni Mustivar

Bu gün “Neftçi”nin futbolçusu Soni Mustivarın 30 yaşı tamam olur. İdmanxeber.az-ın məlumatına görə, 1990-cı ildə dünyaya gəlmiş haitili yarımmüdafiəçi 2017/2018 mövsümündən çıxış etdiyi komandamızın heyətində 54 oyun keçirib, 3 qol vurub. Mustivar Haiti millisinin forması ilə meydana çıxdığı 19 matçda 2 dəfə fərqlənib. Klubun rəsmi saytı “Neftçi” ailəsi adından futbolçunu təbrik edib. S.Mustivarin “Nefti”nin saytına müsahibəsini təqdim edirik.

– Doğum gününüz mübarək, Soni! Özünüzü 30 yaşda necə hiss edirsiniz?

– Təbrikinizə görə sağ olun. Özümü gənc hiss edirəm (gülür).

– Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?

– Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə “Nintendo 64” oyun konsolu idi.

– Bu günü necə keçirəcəksiniz?

– Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəm. Qeyri-adi bir şey olmayacaq.

– Artıq bir neçə ildir ki, “Neftçi”dəsiniz. Bu klub sizin üçün nə məna daşıyır?

– “Neftçi” sevgi, emosiya, ehtiras deməkdir.

– Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısınız.

– Bəli və buna görə qurur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz “Neftçi”ni layiqli şəkildə təmsil etməliyik.

– Həftəsonu “Keşlə”yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiniz?

– Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!

Oxşar xəbərlər

Qriqorçuk: “PAOK-la görüşdəki qələbə bizim üçün önəmli olacaq” (MÜSAHİBƏ)

admin

Orxan Sadıqlı “Xəzər Lənkəran”dan gedir?

admin

“Bakı” – “İnter”: Məşqçi Fikirləri

admin