Kateqoriyasız

“Neftçi” “Sivasspor”la üz-üzə

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün yoxlama matçına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv “Sivasspor”la qarşılaşacaq. Super Liqa klubu ilə matç 12:30-da başlayacaq.

“Neftçi” Boludakı ilk sınaq matçında “Sakaryaspor”la heç-heçə edib – 1:1.

Yoxlama oyunu

11 iyul

12:30 Sivasspor – Neftçi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43