Ölkə futbolu

“Neftçi” – “Şkendiya” matçının bilet qiymətləri

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Şkendiya” oyununun biletləri satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, qiyməti 1 və 3 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, iyulun 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkendiya” oyunu saat 20:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43