Kateqoriyasız

“Neftçi” – “Şkupi” oyununun hakimləri açıqlandı

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Şkupi” oyununun hakimləri müəyyənləşib.

Matçı latviyalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Aleksandr Qolubev olacaq. Ona yan xətt hakimləri Raymond Tatrik və Yevgeni Morozovs kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Artis Kenin yerinə yetirəcək.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” görüşü avqustun 27-də “Bakcell Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43