Müsahibə

“Neftçi son anda qərarını dəyişdi və mənə “sən bizə lazımsan” dedilər” (MÜSAHİBƏ)

“Neftçi”nin futbolçusu Emin Mehdiyevin İdmanxeber.com-a müshaibəsi.

– “Neftçi”dən ayrılacağın gözlənilirdi. Ancaq son anda klub səni saxlamağa qərar verdi. Son anda nə baş verdi?

Ötən gün mənə dedilər ki, bizə lazımsan. Mən də qalası oldum və başqa variantlar haqda düşünmədim.

– “Sumqayıt” səni heyətinə qatmaq istəyirdi. Hətta danışıqlarda razılığa da gəlmişdin…

Bəli, “Sumqayıt”dan təklif gəldi, razılaşdım. “Sumqayıt” tərəfinə dedim ki, “Neftçi” razılıq versə gəlib sizin komandada oynayacam və klub da razılıq vermişdi. Son anda fikirlərini dəyişdilər və məni komandada saxladılar. “Neftçi”yə lazım olduğumu dedilər.

– “Neftçi”də əsas heyətə düşməkdə çətinlik çəkirsən. Bunu bitən mövsümdə də gördük. Qorxmursna ki, yenə ehtiyada qalarsan?

Yox, heç nədən qorxmuram. Mən onlara fikrimi bildirdim. Mənim mövqeyimdə oynayan oyunçu nə güclü, nə də zəif deyil. Yəqin ki, kim güclüdür ona şans veriləcək.

– Komanda transfer bazarında passivdi. Bu heyətlə “Neftçi” Avropa Liqasında nəyə ümid edir?

Oyunçularımız Avroliqa səviyyəsində oynayacaq qədər zəif deyillər. Amma təcrübəmiz də az olduğundan qarşımıza minimum iki mərhələ keçmək məqsədi qoymuşuq.

– Uzun müddətdir ki, “Neftçi”də maaşlar verilmir. Ala bilmisinizmi?

Maliyyə sıxıntısı hər bir klubda var. İnşAllah düzələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43