Ölkə futbolu

“Neftçi” son qərarını açıqladı: 24 yaşlı futbolçu Türkiyə klubunda – ÖZƏL

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyevin Türkiyənin “Ankaraspor” klubuna icarəyə veriləcə biləcəyi haqda sizə xəbər vermişdik.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, əsas heyətə düşməkdə çətinlik çəkən və bu səbəbdən oynaya biləcəyi kluba getmək istəyən İmamverdiyevin bu istəyi reallaşır.

Belə ki, artıq tərəflər arasında razılıq əldə olunub. 24 yaşlı yarımmüdafiəçi Ankara təmsilçisi ilə 1 illik müqavilə imzalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43