Kateqoriyasız

“Neftçi” – “Sperantsa” oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” və Moldovanın “Sperantsa” komandaları arasında keçiriləcək oyuna bilet satışı davam edir.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev İdmanxeber.az-a bildirib ki, dünənə kimi 4 mindən çox bilet satılıb. Bu gün bu rəqəmin azı 6 minə çatması gözlənilir.

Qeyd edək ki, bu gün keçiriləcək və “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sperantsa” oyunu saat 21:00-da başlanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43