Kateqoriyasız

“Neftçi” sükutu pozdu: “Xəzər Lənkəran”la şifahi danışıq olub, amma…”

Müqavilə ilə “Neftçi”yə məxsus olan, hal-hazırda isə “Sumqayıt”da top qovan Slavik Alxasovun “Xəzər Lənkəran”ın maraq dairəsinə düşdüyü haqda sizə öncədən də xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, sözügedən məsələ ilə bağlı “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə əzəli rəqiblərindən onlara rəsmi müraciətin edilmədiyini bildirib:

Slavik Alxasovun “Xəzər Lənkəran”a transferi ilə bağlı klub rəhbərləri arasında şifahi danışıq olub. “Xəzər Lənkəran” klubu müqavilə ilə “Neftçi”yə məxsus olan Slavik Alxasovu heyətində görmək üçün şifahi müraiət edib. Bilirsiz ki, bundan öncə də “Neftçi” futbol klubu Ağabala Ramazanovun, Amit Quluzadənin təmənnasız olaraq başqa kluba keçməsinə razılıq verib. Klubun prezidenti Sadıq Sadıqov “Xəzər Lənkəran”, “Qəbələ” və bu kimi digər klublarımızın Azərbaycan futbolu üçün gördüyü işləri, gənc futbolçuların inkişafı üçün yatırılan sərmayələri nəzərə alaraq bu futbolçuların təmənnasız transferinə razılıq verib. Slavik Alxasov məsələsinə gəlincə isə şifahi danışıq zamanı onun “Xəzər Lənkəran” klubuna təmənnasız keçməsinə etiraz edilməyib. Lakin, hazırda müqavilə ilə “Neftçi” futbol klubuna məxsus olan Slavik Alxasovun “Xəzər Lənkəran”a keçidi ilə bağlı rəsmi müraciət və ya müqavilə yoxdur. Bu transfer rəsmiləşəcəyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43