İdman

“Neftçi” Sumqaıytdan məğlub dönür – YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun görüşləri başa çatacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günü 1 görüşlə yadda qalacaq. Səfərdə "Sumqayıt"ın qonağı olan "Neftçi" qapanış matçında ilk 3 xalını qazanmağa cəhd eəcək. Meydan sahibləri is ardıcıl 2 məğlubiyyətin əvəzini heç də yaxşı günlərini yaşamayan "Neftçi"dən çıxmağa çalışacaq.
Qeyd edək ki, cəmi 4 oyundan ibarət olan turun bir matçı təxirə salınıb. Son illərin çempionu “Qarabağ” avrokuboklarda çıxışını davam etdirdiyindən “Səbail”lə matçı başqa vaxtı keçirilib.
 
Azərbaycan Premyer Liqası
IV tur
10 sentyabr (bazar)

19:00. “Sumqayıt” – “Neftçi” 1:0
Qol: Amil Yunanov, 25-pen.
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43