Ölkə futbolu

“Neftçi” – “Sumqayıt” matçının başlama saatı açıqlandı

Azərbaycan Premyer Liqasının XVI turunda keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 14-də, 8-ci km qəsəbə stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Bu komandaların əvəzedici heyətləri arasındakı oyun dekabrın 13-də  “Dalğa Arena”da keçiriləcək. Bu görüşün start fiti saat 14:00-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43