25 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” – “Sumqayıt” matçının biletləri satışda- qiymətlərdə endirim var

Misli Premyer Liqasının 8-ci turu çərçivəsində sentyabrın 28-i saat 19:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, qiyməti 2 (1B, 2B, 4A), 3 (3B) və 5 (3A) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/en/events/sport/neftci-pfk-sumqayit-fk28/129692

“Neftçi Arena”nın kassalarında isə 1A, 2A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43