29 Sentyabr 2020
Premyer Liqa

“Neftçi” “Sumqayıt”a uduzdu, “Qarabağ” xal itirdi – Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turun ilk oyun günündə iki görüş vaş tutub.

Turun açılış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib. Zəif təsir bağışlayan meydan sahibləri qonaqlara uduzub – 0:2.

İlk turda “Sabah” üzərində qələbəyə sevinən “Qarabağ”, bu dəfə səfərdə “Keşlə”nin qonağı olub. Bu matçdan qol səsi çıxmayıb.

Turun digər iki matçında isə “Səbail” “Zirə”ni, “Sabah” isə “Qəbələ”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası, 2-ci tur

11 sentyabr (cümə)

19:00. “Neftçi” – “Sumqayıt” – 0:2
Qollar: 
Əli Qurbani, 14, 46
Qırmızı vərəqə: Anton Krivotsyuk, 83-ikinci sarı vərəqə (“Neftçi”)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
Bakcell Arena

21:00 Keşlə – Qarabağ 0:0
Hakimlər:
 Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Hakim-inspektor: Ceyhun Haşımov.
“ASK Arena”.

12 sentyabr

19:00 Səbail – Zirə
“ASCO Arena”

13 sentyabr

19:00 Sabah – Qəbələ
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” – “Xəzər Lənkəran” matçı təxirə salına bilər

admin

“İnter” AZAL-a qalib gəldi

admin

“Bakı” – “İnter” – CANLI İZLƏ

admin