Ölkə futbolu

“Neftçi” “Sumqayıt”a uduzdu

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Neftçi” yoxlama görüşü keçirib. Rəqib “Sumqayıt” klubu olub.

İdmanxeber.com xəbər verir ki, “Kapital Bank Arena”da baş tutmuş oyun 0:1 hesablı məğlubiyyətlə nəticələnib.

Qeyd edək ki, əsas heyətin 7 üzvü müxtəlif milli komandaların düşərgəsində olduğundan, 4 futboçumuz isə zədə səbəbindən bu gün meydana çıxmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43