Kateqoriyasız

“Neftçi” “Sumqayıt”ın futbolçusunu transfer etdi

“Sumqayıt” Futbol Akademiyasının yetirməsi, 2015-ci ildən əsas komandanın şərəfini qoruyan yarımmüdafiəçi Xəyal Nəcəfov “Neftçi”yə transfer olub.

Bu barədə “Sumqayıt”ın saytı məlumat yayıb.

Klub  Xəyal Nəcəfova komandada göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43