Premyer Liqa

“Neftçi” “Sumqayıt”la oyuna 2 itki ilə hazırlaşır

Topaz Premyer Liqasının 12-ci turunda səfərdə “Sumqayıt” ilə üz-üzə gələcək “Neftçi” matçın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, oyundan öncə “ağ-qaralar”ın heyətində iki itki var. 

Zədəli olan Elşən Abdullayevlə Fəhmin Muradbəylinin “Sumqayıt”a qarşı oynamayacağı dəqiqdi. 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu noyabrın 20-i, saat 14:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43