20 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” təklifini etdi – ya fikrini dəyişəcək, ya da gedəcək

“Neftçi” Eddi İsrafilovu komandada saxlamaq istəyir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik bir müddətdi təcrübəli yarımmüdafiəçi ilə danışıq aparsa da, hələlik ortaq məxrəcə gələ bilməyib. İsrafilov “ağ-qaralar”ın 1+1 müqavilə təklifinə müsbət yanaşmır.

O, rəhbərlikdən 2+1 illik sözləşmə tələb edir. “Neftçi” isə futbolçuya konkret olaraq bu şərtlərlə müqavilə yeniləməyəcəni bildirib.

Millimizin üzvü fikrini dəyişməsə, paytaxt təmsilçisindən ayrılacaq.

Xatırladaq ki, Eddi İsrafilovun “Neftçi” ilə müqaviləsi bu yay başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43