Ölkə futbolu

“Neftçi” təsdiqlədi: “Rəsmi olaraq müraciət ediblər”

“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək yoldaşlıq tunirində iştirak edə bilər.

Bir neçə gündür mətbuatda yer alan bu xəbər artıq rəsmiləşib. “Neftçi” klubunun mətbuat xidmətindən idmanxeber.az saytına verilən məlumata görə, artıq bununla bağlı “ağ-qaralar”a rəsmi təklif gəlib.

“Matç TV” adlı turnirdə 4 komandanın iştirak edəcəyi gözlənilir. Bunlar “Fənərbağça”, “Zenit”, “Srvena Zvezda” və “Neftçi”dir. Turnir təşkilatçılarının adıçəkilən komandalara rəsmi təklif yolladığı bildirilir.

Ancaq təmsilçimizin turnirdə iştirak edib-etməyəcəyi bəlli deyil. “Flaqman” hələlik qarşı tərəf yekun cavab verməyib.

Bunun yaxın günlərdə bəlli olacağı bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43