Kateqoriyasız

“Neftçi” Tulaya nə vaxt gedir?

Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı Tula “Arsenal”ı (Rusiya) ilə səfər oyununa hazırlığını davam etdirir. İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu gün öz bazasında növbəti məşqə çıxıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, “ağ-qaralar” iyulun 24-də səhər saatlarında Tula şəhərinə yola düşəcək.
Xatırladaq ki, iyulun 25-də “Arsenal” mərkəzi stadionunda keçiriləcək “Arsenal” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43