06 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” Türkiyə klubu ilə üz-üzə gələcək

2024/2025 mövsümünə hazırlaşan “Neftçi” Türkiyədə növbəti yoxlama matçına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv “Erzurumspor”la üz-üzə gələcək.

Türkiyənin I Liqa təmsilçisi ilə görüşə saat 18:00-da start veriləcək.

“Neftçi” daha öncə Super Liqa təmsilçiləri “Alanyaspor”u (3:1) və “Sivasspor”u (2:1) məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43