16 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” Türkiyə klubuna qarşı

Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

İdmanxeber.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, Miodraq Bojoviçin rəhbərlik etdiyi komanda “Erzurumspor” ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. “Neftçi” yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək.

Yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43