Ölkə futbolu

“Neftçi” üçün böyük şok: Hacıyev və Foqtsun planları alt-üst oldu

Zədəli və cəzalı futbolçuların yoxluğundan əziyyət çəkən “Neftçi” aparıcı üzvü Araz Abdullayevdən bəd xəbər alıb.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, iki gün öncə məşqdə zədələnən futbolçu bu gün həkim müayinəsindən keçib. Ayağında çat aşkarlanan Abdullayevin ən azı 3 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilib. 

Məhz buna görə, Abdullayev nəinki Premyer Liqa matçlarında, heç kubokun finalında da “Neftçi”yə kömək edə bilməyəcək. Bununla da Araz Abdullayev ABŞ-la keçiriləcək yoxlama görüşündə millimizin heyətində yer ala bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43