Kateqoriyasız

“Neftçi” üçün ciddi itki ola bilər: Dabo bıçaq altına düşdü

“Neftçi”nin futbolçusu Baqali Dabo əməliyyat olunub.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın fransalı forvardı Türkiyədə əməliyyat olunub.

Ayağında mikrozədəsi olan 28 yaşlı futbolçunun Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Sperantsa”sı ilə görüşə kimi yetişməsi gözlənilir.

“Neftçi” iyulun 11-də Moldovada “Sperantsa”nın qonağı olacaq. Komandaların cavab görüşü bir həftə sonra Bakıda reallaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43