Kateqoriyasız

“Neftçi” üçün İspaniyadan Bakıya gəldi – klub təsdiqlədi

Azərbaycan sabiq üzvü Eddi İsrafilov “Neftçi”yə keçməyə yaxındır.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, Eddi artıq Bakıdadı. Tibbi müayinədən keçəcək futbolçu ilə bugünlərdə “Neftçi” ilə sözləşmə imzalanacaq.

Qeyd edək ki, millidə 12 oyun keçirən 30 yaşlı futbolçu İspaniyada “Real Mursiya”, “Ximnastik”, “Qranada”, “Eybar”, “Kordoba”da çıxıb. Onun son klubu isə “Albasete” olub. Futbolçu ötən ilin yayından klubsuzdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43