Kateqoriyasız

“Neftçi” üçün “Koru”

“Neftçi” PFK yeni mövsümə hazırlığının ilk mərhələsinə start verib. 

İdmanxeber.com-un məlumatına görə, bu gün səhər saatlarında Türkiyəyə yola düşmüş komandamız Bolu şəhərində yerləşən “Koru” otelində məskunlaşıb. Hazırlığın ilk mərhələsində əsasən fiziki təlimlərə üstünlük veriləcək.

İyun ayının 28-ə kimi davam edəcək hazırlıq müddətində komanda bir neçə yoxlama oyununda qüvvəsini sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43