Premyer Liqanın 33-cü turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, əyalət klubunun vuran ayağı Daniel Subotiç dünən “Simurq”la oyunda cəzalandırılıb. İkinci hissədə meydana daxil olan və sarı kart alan Subotiç limiti doldurduğuna görə, cəzalı duruma düşüb. Beləliklə “Bakcell Arena”da keçiriləcək çətin oyunda Syomin Subotiçin xidmətindən məhrum olacaq.