08 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” ukraynalı müdafiəçi transfer etdi

“Neftçi” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” ukraynalı futbolçu Andrey Ştoqrinlə anlaşıb. “Çernomorets”də çıxış edən 25 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə bağlanacaq.

Oyunçu sabah Bakıda olacaq. “Neftçi”nin futbolçu üçün qarşı tərəfə təzminat ödəyəcəyi də bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43