İdman

“Neftçi” – “Uypeşt”: Nə qədər bilet satılıb?

“Neftçi” bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq matça maraq böyükdü.

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin İdmanxeber.com-a verdiyi məlumata görə, bu saata qədər 3500-ə yaxın bilet satılıb. Satış çıxarılan biletlərin oyun saatına kimi tükənəcəyi gözlənilir.

Qeyd edək ki, matçın keçiriləcəyi “Dalğa Arena” 6700 tamaşaçı tutumuna malikdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43