İdman

“Neftçi” “Uypeşt” öünündə aciz qaldı

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, turnirdəki təmsilçimiz “Neftçi” də, bu gün növbəti oyununa çıxacaq.

Paytaxt klubu ilk oyunda Bakıda məğlub etdiyi Macarıstan “Uypeşt”inin qonağı olacaq. 

Bakıda 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi bu üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, “Neftçi” bu rəqibini keçsə, 2-ci təsnifat  mərhələsində İspaniyanın “Sevilya” klubu ilə qarşılaşacaq.

23:00. “Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan) 4:0 

Qollar: Litauski, 19, Sankoviç, 21, Zsoter, 50, Nvobodo, 65

İlk oyun – 1:3

Baş hakim: İoannis Papadopulos (Yunanıstan)

Budapeşt. Şuşa Ferens stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43