Ölkə futbolu

“Neftçi” – “Uypeşt” oyununda holland hakimlər

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Uypeşt” (Macarıstan) oyununun təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, matçı Hollandiyadan olan hakimlər idarə edəcək. Baş hakim Dennis Yohan Hiler olacaq. Ona yan xətlərdə Yost van Zuylen və Yohan Balder kömək edəcəklər. Dördüncü hakim funksiyasını Siemen Mulder yerinə yetirəcək.

İyulun 12-də “Dalğa Arena”da keçiriləcək”Neftçi” – “Uypeşt” matçının start fiti saat 21:00-da veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43