İdman

“Neftçi” “Uypeşt”lə oyun öncəsi azarkeşlərini diqqətli olmağa çağırdı

“Neftçi”  Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da Macarıstanın paytaxtı Budapeştdəki “Ferens Susa” stadionunda “Uypeşt” klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, oyunu stadiondan izləyəcək “ağ-qaral”!ı azarkeşlərə klub xəbərdarlıq edib. Həmin məlumatla sizi tanış edirik:

“Komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi “Uypeşt” klubuna, UEFA-ya və müvafiq qurumlara müraciət edilib. Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. “Neftçi” üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir. Bu səbəbdən indiki vəziyyətdə sizləri maksimum ehtiyatlı olmağa səsləyirik. Müvafiq strukturlardan cavab məktubu gəldikdə əlavə məlumat veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43