Ölkə futbolu

“Neftçi” üzərində inamlı qəbələ qazandıq” – “Srvena Zvezda”nın baş məşqçisi

“Srvena Zvezda” klubunun baş məşqçisi Miloş Miloyeviç Türkiyədəki təlim-məşq toplanışında “Neftçi” ilə keçirilən yoxlama görüşü barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

“Rəqibimizə qarşı inamlı qələbə qazandıq. Meydandakı bütün futbolçular yaxşı müabarizə apardılar. Az şans əldə edən futbolçulara üstünlük versək də, onlar çox qol imkanı yaratdılar. Bu da müsbət haldır. Onlar “Srvena Zvezda” forması altında oynamaqdan həzz aldılar”.

Qeyd edək ki, görüş Serbiya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43