Ölkə futbolu

“Neftçi” üzərində qələbə kapitan itkisi ilə nəticələndi

“Neftçi” üzərində inamlı qələbə qazanan “Sumqayıt” cidi itki ilə üzləşib.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “şəhərlilər”in təcrübəli futbolçusu Samir Abasov qarşıdakı turda “Bakı”yla oyunu buraxacaq. Buna səbəb “Sumqayıt”ın kapitanının “Neftçi”ylə oyunda sarı kart alıması olub. Bununlada kart limitini dolduran Abasov çətin “Bakı” səfərində “Sumqayıt”a kömək edə bilməyəcək. 

Qeyd edək ki, “Bakı” – “Sumqayıt” matçı fevralın 28-də saat 14:00-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43