Yeni mövsümdə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək və mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “Neftçi” və “Səbail”in potensial rəqiblərinin sayı artıb.
İdmanxeber.az xəbər verir ki, komandalarımızın potensial rəqibləri aşağıdakılardı
“Neftçi” və “Səbail”in mümkün rəqibləri
“Universitatea Krayova” (Rumıniya), “Dunayska Ştreda”, “Rujomberok” (hər ikisi Slovakiya), “B-36 Torsxavn” (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), “Mura” (Sloveniya), “Debretsen”, “Honved” (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub”, “Sperantsa” (hamısı Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira Yunayted”, “Baltzan”, “Hibernians” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Konnaxs Kuey” (Uels), “Banants”, “Şkupi”, “Akademiya Pandev”, “Makedoniya Qörçe Petrov” (Makedoniya), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva), “Zeta” (Çernoqoriya)
Ölkəmizin Avropa Liqasındakı digər təmsilçisi “Qəbələ” isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.