“Neftçi” və “Səbail”in Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasına hansı səbətdə qatılacağı dəqiqləşib.
İdmanxeber.az xəbər verir ki, paytaxt klubları “səpələnmişlər” səbətində yer alacaq.
Buna hər iki klubun reytinqinin yüksək olması səbəb olub. 3,800 xal səpələnmişlər sırasında yer almağa imkan verib. Azərbaycan təmsilçiləri I təsnifat mərhələsində daha aşağı reytinq xalı olan rəqiblərlərlə üz-üzə gələcək.
“Neftçi” və “Səbail”in 22 potensial rəqibi də bəlli olub. Bunlar “səpələnməmişlər” səbətində yer alacağı dəqiqləşən klublardır. 4 komandanın isə səbəti hələlik müəyyənləşməyib.
“Səpələnmişlər”: “Malmö”, “Norrçöpinq” (hər ikisi İsveç), “Molde”, “Bran” (hər ikisi Norveç), “Videoton” (Macarıstan), “Dinamo” (Minsk), “Vitebsk”, “Şaxtyor” (Saliqorsk), (hamısı Belarus), “Spartak” (Trnava, Slovakiya), “Jalgiris” (Litva), “Reyncers” (Şotlandiya), “Kayrat”, “Ordabası”, “Tobol” (hamısı Qazaxıstan), “Vardar” (Makdeoniya), “Kruseyders” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), “Haqesun” (Norveç), “Fola (Lüksemburq), “Vaduts” (Lixtenşteyn), “Neftçi”, “Səbail” (hər ikisi Azərbaycan), “Kork Siti” (İrlandiya).
“Səpələnməmişlər”: DAK (Slovakiya), “B36 Torshavn” (“Farer adaları), “Çixura” “Torpedo” (kutaisi) (hər ikisi Gürcüstan), “Milsami” (Moldova), “Flora”, “Trans Narva” (Estoniya), “Liepaya” (Latviya), “Hibernians” (Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Partiks Atletik” (hər ikisi İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Konnax`s Kuey” (Uels), “Petrokub” (Moldova), “KuPs”, “RoPs”, “İnter” (Turku) (hamısı Finlandiya), “Ştumbras” (Litva), RFS (Latviya), “Qzira Yunayted” (Malta).
Qeyri-müəyyənlər: “Dinamo (Tblisi, Gürcüstan), “Jelezniçar” (Bosniya və Herseqovina), “Trakay” (Litva), “Lavedia” (Estoniya).
Avrokuboklarda I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq. Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-də, cavab matçları isə 1 həftə sonra keçiriləcək.
Azərbaycan kubokunun qalibi Avropa Liqasının II təsnifat mərhələsindən mübarizəyə start verəcək. Kubokun sahibi mayın 19-da, Naxçıvanda keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçında müəyyənləşəcək.