Ölkə futbolu

“Neftçi ” və “Qarabağ” çempion olsa, ÇL-da hansı “səbət”ə düşəcək ?

“Neftçi” Azərbaycan Premyer Liqasının qalibi olarsa, “ağ-qaralar” səpələnmişlər siyahısına düşə bilməyəcək. Buna səbəb paytaxt təmsilçisinin UEFA reytinqindəki mövqeyidir.

Hazırda 274-cü sirada qərarlaşan “Flaqman” bu yerlə səpələnməmişlər səbətində yer alacaq. Bu da “Neftçi” üçün daha güclü rəqiblərin olacağı anlamına gəlir.

Ancaq “Qarabağ” çempion olarsa, Ağdam təmsilçisi səpələnmişlər siyahısına düşə biləcək. Belə ki, “Köhlən Atlar” UEFA reytinqində 69-cu pillədədir. Bu da “Qarabağ”ın biraz daha aşağı səviyyəli komandalarla qarşılaşacağı anlamına gəlir.

Qeyd edək ki, 2019-2020 mövsümü üçün Çempionlar Liqasının I və II təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43