Kateqoriyasız

“Neftçi” və “Qarabağ”ın oyunları bu kanallarda

Bu gün avrokuboklarda növbəti oyununa çıxacaq “Qarabağ” və “Neftçi”nin oyunları ölkəmizdə canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın matçı “İdman TV”də, Ağdam təmsilçisinin qarşılaşması isə “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, hər iki oyun saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43