Kateqoriyasız

“Neftçi” və “Qarabağ” azarkeşləri klublarını ziyana saldı

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XXIII turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” və “Qarabağ” klublarının 4 futbolçusunun sarı vərəqə ilə cəzalanmasına görə hər iki klub 1000 manat cərimə olunur  (maddə 40).

Oyununun 36-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).

Oyununun 38 və 40 -cı dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).

Topaz Premyer Liqasının XXIII turunun “Simurq” – “Sumqayıt” matçının90+3-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43