Ölkə futbolu

“Neftçi” və “Sumqayıt”da biabırçı vəziyyət, “Qarabağ” hər kəsə örnək

Milli komandaların yoldaşlıq görüşləri keçirəcəyindən müvəqqəti olaraq Premyer Liqada fasilə yaranıb.

İdmanxeber.com oxucularına geridə qalan 24 tur ərzində ən intizamsız komandaların siyahısını təqdim edir.

Beləliklə, geridə qalan 24 tur ərzində (kubok oyunları xaric) ən intizamsız komanda “Neftçi”dir. Paytaxt klubunun futbolçuları futbol oynamaqdan savayı hər şey edir desək yanılmarıq. Belə ki, geridə qalan 24 oyunda 10 dəfə qırmızı vərəqə alan “ağ-qaralar”da nizam-intizamın yox dərəcəsində olduğu bu statistik göstəricilərlə də isbatlanır. 

Lider “Qarabağ” isə bütün klublara örnək ola bilər. Ağdam təmsilçisinin heç bir futbolçusu bu müddətdə meydandan qovulmayıb.  “İnter” və “Xəzər Lənkəran” “Qarabağ”dan sonra ən intizamlı komandalardı. Ümumiyyətlə, Cənub klubunda qeydə alınan 2 qırmızının həır ikisi hücumçu Ağabala Ramazanovun adındadı. 

1. “Qarabağ” – …

2. “İnter” – 1 qırmızı vərəqə

3.  “Xəzər Lənkəran” – 2 qırmızı vərəqə

4. “Simurq” – 3 qırmızı vərəqə

5. “Qəbələ” – 3 qırmızı vərəqə

6. “Bakı” 4 qırmızı vərəqə

7. AZAL – 5 qırmızı vərəqə

8.”Rəvan” – 7 qırmızı vərəqə

9. “Sumqayıt” – 8 qırmızı vərəqə

10. “Neftçi” – 10 qırmızı vərəqə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43