Premyer Liqa

“Neftçi” və “Xəzər Lənkəran” məğlub oldu, “Rəvan” yeni mövsümdə ilk qələbəsini qazandı – YENİLƏNİB

Bu gün Premyer Liqanın V turuna start verilir.

İlk oyun günündə 3 qarşılaşma keçiriləcək. 

Sumqayıtda eyni adlı komanda "Rəvan"ı qonaq edəcək. "Sarı-qırmızılılar" yeni mövsümdə ilk xalını qazanmaq üçün meydana çıxacaq.

Günün digər matçında isə "Neftçi" səfərdə "Bakı"nın qonaqı olacaq. 

Qələbəyə həsrət "Xəzər Lənkəran" isə "Qəbələ"nin qonaqı olacaq.

Sabah keçiriləcək iki oyunla tura yekun vurulacaq.

31 avqust (şənbə)

Prmeyer Liqa, V tur

18:00.“Sumqayıt” – “Rəvan” 0:1
QOL: Kamil Nurəhmədov, 53

Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli

 

18:00.“Qəbələ” – “Xəzər Lənkəran” 2:0
QOLLAR: Da Silva, 43, Ebesilyo, 50

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev

 

18:00.“Bakı” – “Neftçi” 3:0
QOLLAR:
Rauf Əliyev, 11, Əfran İsmayılov, 34, Mario Alvares, 68
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla

 

01 sentyabr (bazar)

 

20:00.“Qarabağ” – AZAL

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov

 

20:00.“İnter” – “Simurq”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Namiq Bəkirov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43