Kateqoriyasız

“Neftçi” “Xəzər Lənkəran” qələbəsinə görə mükafat almayacaq: klub prezidentinin açıqlaması

“Neftçi”nin prezidenti Sadıq Sadıqov futbolçulara qələbəyə görə mükafaatın niyə verilməməsinə aydınlıq gətirib.

Paytaxt klubunun başqanı bu duruma belə aydınlıq gətirib:

“Biz hansısa oyundan sonra komandamızın qazandığı hər hansısa qələbəyə görə futbolçulara pul mükafatı verməmişik. 

Bir oyuna görə deyil, mövsümün sonunda qazanılacaq çempionluq və ya kuboka görə ümumi mükafat veriləcək. Yüksək məbləğ nəzərdə tutulub. Belə olacağı halda futbolçular sona qədər mübarizə aparacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43