Kateqoriyasız

“Neftçi” xorvatiyalıya yeni müqavilə təklif edevək

“Neftçi” klubu qapıçısı İvan Brkiçlə müqavilə müddətini uzadacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Məlumatda bildirilib ki, Bakı klubu xorvatiyalı qapıçını heyətində saxlamaq istəyir. 27 yaşlı futbolçunun çıxışı “ağ-qaralar”ı razı salır və onlar onu buraxmaq fikrində deyillər.

Brkiç bu ilin yanvar ayından “Neftçi”də çıxış edir. Onun paytaxt klubu ilə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43