Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Rusiyanın “Tosno” klubu ilə qarşılaşıb.
"Bellis Deluxe” otelinin meydançasında baş tutacan görüş Bakı vaxtı ilə saat 18:00-da başlayıb.
4 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2.
Paytaxt klubunun heyətində Ramon Kardozo və Murad Ağayev fərqlənib.
Xatırladaq ki, "Neftçi" bu oyuna kimi 3 sınaq matçı keçirib. "Ağ-qaralar" “Sivasspor”la heç-heçə (0:0) edib, Özbəkistanın “Nasaf” (0:1) və Albaniyanın “Kukesi” (2:4) klubuna isə məğlub olub.
Yoxlama oyunu
17 yanvar
18:00. "Neftçi" – "Tosno" 2:2