21 Oktyabr 2020
Kateqoriyasız

“Neftçi” yeni futbolçu transfer etdi – RƏSMİ (FOTO)

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu albaniyalı dayaq yarımmüdafiəçisi Bruno Teluşi ilə mövsümün sonunadək müqavilə bağlayıb. 29 yaşlı futbolçu 17 nömrəli formanı geyinəcək.

Bruno Teluşi İtaliyanın “Virtus Entella” (2007-2011), Albaniyanın “Flamurtari” (2011-2017), “Partizani” (2018-2020), “Kukesi” (2020) və Xorvatiyanın “Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimizdən xorvatlara növbəti zərbə

admin

MOİK çempion oldu!

admin

“Qəbələ” – “Səbail”: 7-ci duel

admin