Kateqoriyasız

“Neftçi” yeni hücumçu transfer etdi 

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt klubu bolqarıstanlı hücumçu Ahmed Ahmedovu heyətinə qatıb.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Bolqarıstanın ÇSKA (Sofiya) klubuna (2020-2021; 17 oyun, 1 qol) məxsus olan 25 yaşlı futbolçu icarə əsasında “ağ-qaralar”ın formasını geyinəcək.

Ahmed Ahmedov Bolqarıstanın “Çernomorets” (2013-2014), “Neftoximik” (2014-2015; 18 oyun, 2 qol), “Pomorie” (2015-2018; 85 oyun, 25 qol), “Dunav Ruse” (2018-2020; 49 oyun, 14 qol) klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43